Britaniya Azərbaycanlıları Cəmiyyətinin rəhbəri Fəridə Pənahovanın təşəbbüsü ilə https://www.dailysabah.com xəbər portalında “Azərbaycan qələbəsinin 103-cü ildönümünü böyük qürur hissi ilə qeyd edir” sərlövhəli məqalə yerləşdirilib.
Bu barədə “QİA.az”a Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.
İrlandiyalı tarixçi, siyasi şərhçi Patrik Uolşun qələmə aldığı məqalədə 28 may 1918-ci il tarixində müsəlman Şərqində ilk dəfə Azərbaycanda Demokratik Respublikanın elan edilməsi, fəaliyyəti və əldə etdiyi nailiyyətlər barədə müfəssəl məlumat verilib. Bu il ADR-in yaradılmasının 103-cü ildönümünün Azərbaycanda böyük sevinc və qürur hissi ilə qeyd edildiyi vurğulanıb. Bunun səbəbinin ötən il 44 günlük Vətən müharibəsində Azərbaycanın zəfər qazanaraq torpaqlarını işğaldan azad etməsi və ərazi bütövlüyünü bərpa etməsi ilə əlaqədar olduğu nəzərə çatdırılıb.
Məqaləni daha ətraflı şəkildə aşağıdakı linkdən oxumaq mümkündür:
https://www.dailysabah.com/opinion/op-ed/azerbaijan-swells-with-pride-on-103rd-anniversary-of-victory?fbclid=IwAR0ADELH28K6bwNIwpkLCiSv7E09ZvRX_3mRVg9egi2ZlDDF4KhbkbZ82Rg