Azərbaycan nefti 51 dollara qədər bahalaşıb

Dek23,2020
Azərbaycan nefti 51 dollara qədər bahalaşıb

Azərbaycanın dünya bazarına çıxararaq satdığı “Azeri LT CIF” markalı xam neftin qiyməti 0,19 ABŞ dolları və yaxud 0,37 % artib.

“QİA.AZ” xəbər verir ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 51,09 ABŞ dolları təşkil edib.

Xatırladaq ki, “Azeri LT CIF” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.

Oxşar Xəbərlər