CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti avqustun 5-də 71,75 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,2 dollar/barel çoxdur.
Bu barədə “QİA.AZ” a ölkənin neft-qaz bazarındakı mənbə bildirib.
FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 71,12 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,2 dollar/barel çoxdur.
Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 68,2 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,27 dollar/barel azdır.
Şimal dənizindən hasil edilən “Brent Dated” etalon növlü neftin qiyməti 72,14 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 0,22 dollar/barel çoxdur.