Azərbaycan nefti bahalaşıb

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti noyabrın 9-da 42,93 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 2,99 dollar/barel çoxdur.

Bu barədə QİA.AZ-a ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 42,4 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 2,99 dollar/barel çoxdur.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 41,81 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 2,97 dollar/barel çoxdur.

Şimal dənizindən hasil edilən “Brent Dated” etalon növlü neftin qiyməti 41,31 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 3,01 dollar/barel çoxdur.

Oxşar Xəbərlər