Dünya bazarında “Azeri Light” (CIF) markalı neftin qiyməti azalıb.
“QİA.az“ın məlumatına görə, Azərbaycan neftinin 1 barelə olan qiyməti 0,44 ABŞ dolları və ya 0,65% azalaraq 67,6 dollar təşkil edib.
Xatırladaq ki, Ötən həftə ərzində (1-5 mart) dünya bazarında “Azeri Light” (CIF) markalı neftin 1 barelinin orta qiyməti 66,32 ABŞ dollarına bərabər olub ki, bu da əvvəlki həftənin orta qiyməti ilə müqayisədə 0,44 dollar və ya 0,66% çoxdur. Həftə ərzində ən yüksək göstərici (V gün) – 69,26 dollar təşkil edib, ən minimal göstərici (II gün) isə 64,25 dollar səviyyəsində olub.
QİA.az