Azərbaycan neftinin qiyməti 85 dolları ötüb

Okt6,2021

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti oktyabrın 5-də 85,15 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,59 dollar/barel çoxdur.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 84,37 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,53 dollar/barel çoxdur.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 79,78 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,54 dollar/barel çoxdur.

Şimal dənizindən hasil edilən “Brent Dated” etalon növlü neftin qiyməti 83,46 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 1,69 dollar/barel çoxdur.

Oxşar Xəbərlər