Azərbaycan Ordusunda hərbi beşnövçülük yarışları keçirilib – VİDEO

May22,2021

Müdafiə nazirinin müvafiq əmrinə əsasən hərbi qulluqçular arasında hərbi beşnövçülük yarışları keçirilib.

Bu barədə QİA.AZ-a Müdafiə Nazirliyindən məlumat verilib.

Yarışlarda müxtəlif qoşun növlərində və birləşmələrdə xidmət edən hərbi idmançılar fərdi və komanda birinciliyi uğrunda mübarizə aparıb. Hərbi qulluqçular maneələr zolağının dəf edilməsi, atış, qumbaraatma, kross və üzgüçülük növləri üzrə hərbi beşnövçülükdə güclərini sınayıb.

Sonda qaliblər diplom, fəxri fərman və medallarla mükafatlandırılıb.

Oxşar Xəbərlər