Azərbaycan Ordusunun 5 generalı “Qubadlının azad olunmasına görə” medalı ilə təltif edildi

Dek29,2020

Prezident İlham Əliyev Azərbaycan Silahlı Qüvvələrinin daha 5 generalını təltif edib.

“QİA.AZ”ın məlumatına görə, bununla bağlı dövlət başçısı sərəncam imzalayıb.

Sərəncama əsasən Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş general-leytenant Mirzəyev Hikmət İzzət oğlu, general-leytenant Vəliyev Kərim Tofiq oğlu , general-mayor Bərxudarov Mayis Şükür oğlu, general-mayor Rzayev Mübariz Balağa oğlu və general-mayor Sultanov Ağamir Əzizxan oğlu “Qubadlının azad olunmasına görə” medalı ilə təltif ediliblər.

Oxşar Xəbərlər