Son sutka ərzində əsasən cəbhənin Ağdərə və Xocavənd istiqamətində döyüşlər davam edib, Zəngilan istiqamətində düşmənin təxribatının qarşısı alınıb.
QİA.AZ-ın məlumatına görə, bunu bu gün keçirilər brifinqdə Müdafiə Nazirliyinin (MN) mətbuat katibi, polkovnik-leytenant Anar Eyvazov deyib.
A.Eyvazov deyib ki, Ermənistan silahlı qüvvələrinin 10-cu dağatıcı diviziyasının Tərtər istiqamətində Tonaşen kəndində yerləşən 7-ci dağatıcı alayının qərargahı, əsgər kazarmaları, sursatla dolu avtomobil texnikaları və digər hərbi infrastrukturu dağıdılıb: “Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusunun apardığı uğurlu əks-hücum əməliyyatı qarşısında aciz qalan Ermənistan feyk xəbərlər yayır. Azərbaycan Ordusu dəqiq zərbələrlə yalnız legitim hərbi hədəfləri məhv edir və bu, aydın çəkilən görüntülərdə də əksini tapıb”.