Azərbaycan Ordusunun minaya düşərək şəhid olan əsgəri dəfn edilib

Azərbaycan Ordusunun aprelin 4-də Tərtər rayonunun Suqovuşan kəndi istiqamətində minaya düşərək yaralanan əsgəri və bu gün şəhidlik zirvəsinə ucalmış Bayramov İlkin Bayram oğlu dəfn edilib.

QİA.AZ-ın xəbərinə görə, mərhum doğulduğu Ağstafa rayonunun Pirli kəndində torpağa tapşırılıb.

Dəfndə rayon ictimaiyyətinin nümayəndələri, müxtəlif dövlət qurumlarının vəzifəli şəxsləri, hərbçi yoldaşları, yaxınları və rayon sakinləri iştirak ediblər.11:40

Oxşar Xəbərlər