Azərbaycan Ordusunun tank bölmələri intensiv döyüş hazırlığı məşğələlərinə başlayıb

Avq13,2021

2021-ci ilin döyüş hazırlığı planına uyğun olaraq Azərbaycan Ordusunun tank bölmələrinin intensiv döyüş hazırlığı məşğələləri keçirilir.

Bu barədə “QİA.AZ“a Müdafiə Nazirliyindən məlumat verilib.

Məşğələlər zamanı nəzəri biliklərini təkmilləşdirən tank heyətləri təhlükəsizlik qaydalarını öyrənir.

Sonra hərbi qulluqçular döyüş maşınlarının idarə olunması vərdişlərinin təkmilləşdirilməsi üzrə məşğələlərə başlayır və praktiki atışlar icra edir.

Oxşar Xəbərlər