Azərbaycan Ordusunun Vətən müharibəsində itkin düşən daha bir hərbi qulluqçusunun nəşi tapılıb.
QİA.AZ-ın xəbərinə görə, 9 ay əvvəl itkin düşən kapitan Pənahov Əkbər Bəylər oğlunun torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə şəhid olduğu təsdiqlənib.
O, Murovdağ istiqamətində gedən döyüşlərdə itkin düşmüşdü.
Şəhid iyulun 12-də Bakıda dəfn ediləcək.
Qeyd edək ki, Ə.Pənahov 12 avqust 1990-cı ildə anadan olub. Vətən müharibəsinin ilk günlərindən döyüşlərə qatılıb və itkin düşüb.
Allah rəhmət eləsin!