Azərbaycan ötən il sərgi hesabına 10 milyon manatlıq ixrac həyata keçirib

Yan28,2021

2020-ci ildə Azərbaycan sahibkarlarının iştirak etdiyi sərgilərdə 15 milyon manat dəyərində müqavilələr imzalanıb.

“QİA.AZ” xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) sədri vəzifəsini icra edən Yusif Abdullayev bildirib.

Onun sözlərinə görə, həmin müqavilələrin hesabına həyata keçirilmiş ixracın dəyəri 10 milyon manatdan çox olub.

Bundan başqa, AZPROMO-nun rəhbəri deyib ki, ötən il 33 ixrac missiyası həyata keçirilib.

Oxşar Xəbərlər