Azərbaycan Premyer Liqası: “Neftçi” “Kəpəz”i darmadağın etdi

May10,2024

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XXXIV turun görüşlərinə start verilib.

QİA.az xəbər verir ki, ilk oyun günü “Neftçi” və “Kəpəz” kollektivləri üz-üzə gəlib.

“Neftçi Arena”da baş tutan matçda meydan sahibləri 5:1 hesabı ilə qələbə qazanıb. Qarşılaşmada hesabı 36-cı dəqiqədə qonaqlardan Latir Fal açıb. Fasiləyə bir dəqiqə qalmış Andre Şinyaşiki, 45 + 2-ci dəqiqədə isə Brayan Morenonun qolları paytaxt təmsilçisini hesabda önə çıxarıb. 47 və 76-cı dəqiqələrdə daha iki dəfə fərqlənən Şinyaşiki het-trik edib. Görüşdə yekun hesabı isə 86-cı dəqiqədə “sarı-göylər”in qapısına yol tapan Ağadadaş Salyanskiy təyin edib.

Bu nəticənin ardından Miodraq Bojoviçin komandası xallarının sayını 53-ə çatdırıb. Gəncə klubu isə 35 xalda qalıb.

Qeyd edək ki, turun digər oyunları mayın 11-i və 12-də baş tutacaq.

Oxşar Xəbərlər