Azərbaycan Premyer Liqası: “Neftçi” səfərdə “Qəbələ”ni məğlub edib

Mar29,2024

Azərbaycan Premyer Liqasında XXVIII tura start verilib.

QİA.Az Oxu.Az-a istinadən xəbər verir ki, sonuncu dövrənin ilk oyunu Qəbələdə keçirilib.

Şəhərin eyniadlı komandası “Neftçi”ni qəbul edib. Çempionatın aşkar autsayderi növbəti dəfə meydanı məğlub tərk edib.

Rəqibi üzərində 1:0 hesablı qələbə qazanan “Neftçi” xallarının sayını 43-ə çatdıraraq, turnir cədvəlində ikinci pilləyə yüksəlib. Qarşılaşmada yeganə qola 42-ci dəqiqədə Kilan Lebon imza atıb.

Qeyd edək ki, tura martın 31-də yekun vurulacaq.

Oxşar Xəbərlər