Azərbaycan Premyer Liqası: “Qəbələ” 14 tur sonra qələbə qazandı – YENİLƏNİB

May6,2024

Futbol üzrə Azərbaycan Premyer Liqasında XXXIII tura yekun vurulub.

Oxu.Az-ın məlumatına görə, turun sonuncu matçında “Səbail” “Qəbələ”ni qəbul edib.

Məhsuldarlığı ilə yadda qalan görüşdə əyalət təmsilçisi 14 tur sonra 3:2 hesablı qələbə qazanıb.

Qarşılaşmada hesabı 17-ci dəqiqədə ev sahiblərinin heyətində penaltini dəqiq yerinə yetirən Aleksandr Ramalinqom açıb. Cəmi 3 dəqiqə sonra Osama Xalayla status-kvonu bərpa edib. 32-ci dəqiqədə Əyyub Allaş qonaqları hesabda önə çıxarıb. Fasiləyə 5 dəqiqə qalmış Pedro Nuno vurduğu qolla oyuna yenidən tarazlıq gətirib. 56-cı dəqiqədə “qırmızı-qaralar”ın heyətində dubl edən Osama Xalayla yekun hesabı müəyyənləşdirib.

Bu nəticənin ardından autsayder “Qəbələ” xal ehtiyatını 20-yə yüksəldib. Şahin Diniyevin komandası isə 45 xalda qalıb.

Qeyd edək ki, XXXIII turun digər görüşlərində “Qarabağ” “Neftçi”ni (5:0), “Zirə” “Turan Tovuz”u (2:1), “Sabah” isə “Araz-Naxçıvan”ı (1:0) məğlub edib. “Kəpəz” – “Sumqayıt” qarşılaşmasında qalib müəyyənləşməyib – 1:1.

10:00

Bu gün Azərbaycan Premyer Liqasında 33-cü tura yekun vurulacaq.

Oxu.Az xəbər verir ki, son oyun günündə  “Səbail” “Qəbələ”ni qəbul edəcək. Görüşə saat 19:00-da start veriləcək.

Aktivində 42 xalı olan meydan sahibləri turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıblar. Qonaqlar 17 xalla sonuncudurlar. “Qəbələ”nin mövsümü sonuncu sırada başa vuracağı isə artıq dəqiqləşib.

Azərbaycan Premyer Liqası

XXXIII tur

19:00. “Səbail” – “Qəbələ”

Hakimlər: Əli Əliyev, Cəmil Quliyev, Eyyub İbrahimov, Rəvan Həmzəzadə.

Hakim-inspektor: Vüsal Əliyev.

“ASCO Arena”

Qeyd edək ki, turun digər oyunlarında “Qarabağ” “Neftçi”ni 5:0, “Zirə” “Turan Tovuz”u 2:1, “Sabah” “Araz Naxçıvan”ı 1:0 hesabı ilə məğlub edib. “Kəpəz” – “Sumqayıt” görüşü isə 1:1 hesablı heç-heçə ilə başa çatıb.

Oxşar Xəbərlər