Azərbaycan Premyer Liqası: “Turan Tovuz” səfərdə qalib gəldi

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XXXIV turun növbəti görüşü keçirilib.

QİA.az Oxu.Az-a istinadən xəbər verir ki, günün ilk matçında “Araz Naxçıvan” “Turan Tovuz”u qəbul edib.

“Liv Bona Dea Arena”da baş tutan maçtda qonaqlar minimal hesabla qalib gəlib gəliblər – 1:0.

Qarşılaşmada yeganə qolu 63-cü dəqiqədə meydan sahiblərinin qapısından Alexandro Serrano keçirib.

Günün digər oyununda “Zirə” və “Qarabağ” komandaları münasibətlərinə aydınlıq gətirəcək.

Qeyd edək ki, turun daha iki görüşü mayın 12-si keçiriləcək.

Oxşar Xəbərlər