Azərbaycan Premyer Liqası: “Zirə” autsayderə qarşı

Azərbaycan Premyer Liqası: "Zirə" autsayderə qarşı

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında IX tura start veriləcək.

“QİA.AZ”ın məlumatına görə, ilk oyun günündə bir qarşılaşma baş tutacaq. Autsayder “Sabah” “Bank Respublika Arena”da “Zirə” ilə üz-üzə gələcək. Görüş saat 16:00-da başlayacaq.

Hazırda “qartallar” 12 xalla 4-cü, Masazır təmsilçisi isə 6 xalla sonuncu pillədə qərarlaşıb.

Komandalar indiyədək ölkə çempionatında 8 dəfə qarşılaşıblar. Bu oyunların 4-də meydan sahibləri, 2-də qonaqlar qələbə qazanıblar. İki matç isə heç-heçə başa çatıb. Rəqib qapısından 11 top keçirən “Sabah” 9 qol buraxıb.

Azərbaycan Premyer Liqası

IX tur

16:00. “Sabah” – “Zirə”

“Bank Respublika Arena”

Qeyd edək ki, turun digər oyunları noyabrın 7-si və 8-də keçiriləcək. Sabah “Keşlə” – “Qəbələ” və “Səbail” – “Sumqayıt” matçları olacaq. Tura “Neftçi” və “Qarabağ” arasında oynanılacaq Azərbaycan derbisi ilə yekun vurulacaq.

Oxşar Xəbərlər