Azərbaycan Premyer Liqasında V tura iki görüşlə start veriləcək

Bu gün Azərbaycan Premyer Liqasında V tura “Turan Tovuz” – “Səbail”, “Sumqayıt” – “Araz-Naxçıvan” görüşləri ilə start veriləcək.

QİA.az xəbər verir ki, turun digər oyunlarında “Şamaxı” “Neftçi”ni, “Kəpəz” isə “Sabah”ı avqustun 31-də qəbul edəcək.

Tura böyük maraqla gözlənilən “Zirə” – “Qarabağ” görüşü ilə yekun vurulacaq.

Qeyd edək ki, hazırda aktivində 10 xalı olan “Turan Tovuz” turnir cədvəlinin vahid lideridir. “Sabah” yeddi xalla ikinci, “Qarabağ” isə altı xalla üçüncüdür. Sonuncu yerdəki “Kəpəz” isə dörd görüşün heç birində xal qazana bilməyib.

Oxşar Xəbərlər