Azərbaycan Premyer Liqasında çıxış edən ən dəyərli futbolçular açıqlanıb.
QİA.az xəbər verir ki, Beynəlxalq İdman Araşdırmaları Mərkəzi (CİES) çempionatda transfer dəyəri ən yüksək olan 10 oyunçu müəyyənləşdirib.
Siyahının ilk dörd pilləsində “Qarabağ”ın üzvləri qərarlaşıblar. Ümumiyyətlə, 10 futbolçudan 6-sı Ağdam təmsilçisinin formasını geyinir.
Premyer Liqanın ən dəyərli futbolçusu Leandro Andrade hesab olunub. Kabo-Verde millisinin yarımmüdafiəçisinin transfer qiyməti 3,3 milyon avroya bərabər göstərilib.
Leandro Andrade (“Qarabağ”) – 3,3 milyon avro
Toral Bayramov (“Qarabağ”) – 2,4 milyon
Juninyo (“Qarabağ”) – 2,2 milyon
Elvin Cəfərquliyev (“Qarabağ”) – 1,8 milyon
Kahim Parris (“Sabah”) – 1,3 milyon
Suleyman Alluş (“Səbail”) – 1,2 milyon
Marko Yankoviç (“Qarabağ”) – 1 milyon
Ayxan Süleymanlı (“Sumqayıt”) – 900 min
Salifu Suma (“Zirə”) – 800 min
Julio Romao (“Qarabağ”) – 800 min