Azərbaycan “Prezident Kuboku 2024” beynəlxalq reqatasını doqquz medalla başa vurub

Azərbaycan Ulu Öndər Heydər Əliyevin 101-ci ildönümünə həsr edilən akademik avarçəkmə, kayak və kanoe üzrə “Prezident Kuboku 2024” beynəlxalq reqatasını doqquz medalla başa vurub.

QİA.az “Report”un Mingəçevirə ezam olunan əməkdaşına istinad ilə xəbər verir ki, son olaraq Niyaz Məlikov – Emil Zeynalov (2008-2009-cu il təvəllüdlü) cütlüyü 100 metr məsafəyə kayak yarışında gümüş mükafata sahib çıxıb.

Qeyd edək ki, bu gün başa çatacaq turnirdə 21 ölkə təmsilçiləri qüvvəsini sınayır. Azərbaycan idmançıları daha əvvəl 1 qızıl, 2 gümüş və 5 bürünc medal əldə ediblər.

Oxşar Xəbərlər