Bir neçə gün əvvəl Britaniyada, Oksfordşirdə bütün liderlər mənə Ermənistan haqqında, sülh sazişi haqqında suallar verirdilər. Sanki Avropada bütün məsələlər həll edilib və Ermənistan-Azərbaycan məsələsi yerdə qalan yeganə problemdir.
QİA.az xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev “Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə” mövzusunda 2-ci Şuşa Qlobal Media Forumunda çıxışında söyləyib.
Onların bütün söhbətlərdə bu məsələni qaldırmaqlarından təəccübləndiyini bildirən dövlətimizin başçısı deyib: “Mən heç vaxt Avropa və ya digər liderlərlə danışığımda bizə və ya mənə şəxsən aid olmayan heç bir məsələni müzakirə etmirəm. Mən bu görüşlərdə onlara izah etməyə çalışırdım ki, bizim etdiyimiz sizin dəstəklədiyiniz tərəfin hərəkətlərindən heç nə ilə fərqlənmir. Fərq ondan ibarətdir ki, bütün milyardlarına rəğmən, onlar uğursuz oldular, biz isə bunu bacardıq. Biz Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərini geri qaytardıq”