Azərbaycan Prezidenti: Bu gün əziz qardaşım Rəcəb Tayyib Ərdoğanın liderliyi sayəsində Türkiyə dünyada güc mərkəzinə çevrilib

Mən hər zaman əziz qardaşımı qarşılayarkən, yaxud ki, qardaş Türkiyədə olarkən deyirdim ki, dünyada Türkiyə və Azərbaycan qədər bir-birinə yaxın olan ölkələr tapılmaz. Bu həqiqətdir. Bu gün dünya xəritəsinə baxsaq, görərik ki, bizim qədər bir-birinə bağlı olan, bir-birinin hər zaman yanında olan ikinci ölkələr yoxdur.

QİA.AZ xəbər verir ki, bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla birlikdə mətbuata bəyanatında söyləyib.

Dövlətimizin başçısı deyib: “Bizi birləşdirən həm ortaq tarix, din, mədəniyyət, dil, ədəbiyyat, eyni zamanda, bizim siyasətimizdir. Türkiyə və Azərbaycan dünya miqyasında müstəqil siyasət yürüdən ölkələrdir. Türkiyənin gücü bizim gücümüzü artırır. Bu gün əziz qardaşımın liderliyi sayəsində Türkiyə dünya miqyasında güc mərkəzinə çevrilib. Dünyanın bir çox ölkələrində Türkiyə haqqı, ədaləti qoruyur, müdafiə edir. Əzilmiş xalqların mənafelərini müdafiə edir. Ədaləti, beynəlxalq hüququ bərpa edir”.

Oxşar Xəbərlər