Azərbaycan Prezidenti İlham Əliyev Türkmənistana səfərə gəlib (FOTO)

Noy 28, 2021

Noyabrın 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İqtisadi Əməkdaşlıq Təşkilatının 15-ci Zirvə Toplantısında iştirak etmək üçün Türkmənistana səfərə gəlib.

Azərbaycanın və Türkmənistanın dövlət bayraqlarının dalğalandığı Aşqabad Beynəlxalq Hava Limanında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Prezident İlham Əliyevi Türkmənistan Nazirlər Kabineti sədrinin müavini Sapardurdu Toyliyev qarşıladı.

Sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov ilə görüşü olub.

Azərbaycan Prezidenti İlham Əliyev Türkmənistana səfərə gəlib (FOTO) - Gallery Image
Azərbaycan Prezidenti İlham Əliyev Türkmənistana səfərə gəlib (FOTO) - Gallery Image
Azərbaycan Prezidenti İlham Əliyev Türkmənistana səfərə gəlib (FOTO) - Gallery Image

Oxşar Xəbərlər