Azərbaycan Prezidentinin Gürcüstanın Baş nazirinə təbriki gürcü mətbuatının diqqət mərkəzindədir – FOTO

May27,2024

Gürcü mətbuatı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 26 May – Gürcüstanın Müstəqillik Günü ilə əlaqədar Baş nazir İrakli Kobaxidzeyə ünvanladığı təbrik məktubundan yazır.

QİA.az məlumat verir ki, Gürcüstanın nüfuzlu “kavkasia.net”, “aktual.ge”, “apsny.ge”, “palitranews.ge”, “24news.ge” informasiya portalları, “1tv.ge”, “pirvelitv.ge” televiziyaları Azərbaycan Prezidentinin təbrik məktubunu Azərbaycan, rus, gürcü dillərində oxuculara və dinləyicilərə çatdırıb.

Azərbaycan-Gürcüstan əlaqələrinin əsrlər boyu mehriban qonşuluq və qarşılıqlı anlaşma şəraitində yaşamış dost xalqlarımızın sarsılmaz iradəsindən və məramından qaynaqlandığının bildirildiyi materiallarda deyilir: “Dövlətlərarası münasibətlərimizin bu gün yeni vüsət alması, qarşılıqlı inam və dəstəyə əsaslanan tərəfdaşlığımızın müvəffəqiyyətlə inkişaf etməsi və yeni məzmunla zənginləşməsi məmnunluq doğurur. Strateji əhəmiyyət daşıyan və birgə həyata keçirdiyimiz nəqliyyat, enerji və digər infrastruktur layihələri xalqlarımızın mənafelərinə xidmət etməklə yanaşı, daha geniş regionda – Avrasiya məkanında önəmli amil rolunu oynayır və əvəzolunmaz imkanlar açır”.

Oxşar Xəbərlər