Azərbaycan qılıncoynadanı: Zədələnməsəydim, olimpiadaya lisenziya qazana bilərdim

May6,2024

Zədələnməsəydim, olimpiadaya lisenziya qazana bilərdim. Çünki yaxşı formada idim. Bir neçə ay bu turnirə hazırlaşmışdıq.

QİA.az xəbər verir ki, bunu “Report”a açıqlamasında Lüksemburqda keçirilən Avropa Olimpiya Təsnifat turnirində qarşısına qoyduğu hədəfə çata bilməyən Azərbaycan qılıncoynadanı Anna Başta deyib.Sablyaçı karyerasında ilk dəfə belə halla üzləşdiyini bildirib. “Bu, gözlənilməz oldu. Əslində, o vaxt məni başqa heç nə maraqlandırmırdı. İlk dəfə yıxılandan sonra ayağa qalxdım və yenidən mübarizəyə başladım. Zədəyə rəğmən, daha dörd zərbə vurdum. Sonra hərəkət edə bilməyəcəyim aydın oldu. Polşa təmsilçisi Malqorzata Kozaczuk bundan istifadə etməyə başladı və məni bir az silkələdi. Növbəti dəfə yıxıldım, yenə kəskin ağrılar başladı və artıq qalxa bilmədim”.Başta qrup mərhələsində yaxşı çıxış etdiyini xatırladıb: “Sonradan olimpiadaya lisenziya əldə edən əsas rəqibimlə finalda görüşməli idik. Hər şey də plana uyğun gedirdi. Altı aydan çox yarışlara hazırlaşırdıq və rəqibləri də təhlil etmişdik. Təəssüflər olsun ki, yarış zamanı sıradan çıxdım”.İdmançı hazırkı durumu barədə danışıb: “Bu, idmançı üçün adi zədədir. Müalicə alıram, bir neçə həftəyə sağalacağam və normal vəziyyətə qayıdacağam. Düşünürəm ki, sağalmaq və reabilitasiya üçün təxminən bir ay vaxt lazımdır”.

Oxşar Xəbərlər