Azərbaycan Qran-prisinin ləğvi “Formula 1″in gəlirlərini azaldıb

Fev2,2021

2020-ci ildə “Formula 1” üzrə Azərbaycan və Vyetnam Qran-prilərinin ləğvi yarışın kommersiya hüquqlarına sahib olan “Liberty Media” şirkətinin gəlirlərini kəskin şəkildə azaldıb.

“QİA.AZ”ın məlumatına görə, bu barədə Böyük Britaniyanın “Caterham Cars” komandasının sabiq rəhbəri Manfredi Ravetto “Motorsport” nəşrinə açıqlamasında deyib.

Funksioner bildirib ki, 10 milyonlarla ABŞ dolları dəyərində olan Qran-prilərin baş tutmaması səbəbindən hazırda komandalar ağır durumdadırlar. O, mövcud vəziyyətin 2021-ci ildə daha da pisləşəcəyini proqnoz verib.

Qeyd edək ki, Azərbaycan Qran-prisi bu il 4 – 6 iyunda keçirilməlidir.

Oxşar Xəbərlər