Azərbaycan Rusiyadan Aİ-98 benzininin idxalını artırıb

Avq11,2021

2021-ci ilin yanvar-iyun aylarında Azərbaycan Rusiyadan 31 342 ton Aİ-98 Premium benzini idxal edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 26,4 faiz çoxdur.

QİA.AZ bu barədə Dövlət Gömrük Komitəsinin hesabatına istinadən məlumat verir.

Hesabata əsasən, Azərbaycanın benzin idxalında Rusiyanın payı 60,8 faiz təşkil edib.

Hesabat dövründə Azərbaycanın Rusiyadan Aİ-98 Premium markalı benzin idxalının məbləği 31,343 milyon dollar təşkil edib. Bu, ötən ilin yanvar-iyun ayları ilə müqayisədə 44,8 faiz çoxdur.

Azərbaycanın benzin idxal etdiyi ölkələr sırasında Rumıniya ikinci yerdə qərarlaşıb. 2021-ci ilin yanvar-iyun aylarında Azərbaycan Rumıniyadan 25,4 min ton benzin idxal edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 80,3 faiz çoxdur.

Oxşar Xəbərlər