Azərbaycanın Böyük Britaniyadakı səfiri Elin Süleymanov Böyük Britaniyanın Avropa məsələləri üzrə naziri Nusrat Qani ilə görüşüb.
QİA.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə E.Süleymanov “X” sosial şəbəkəsində paylaşım edib.
Səfir bildirib ki, görüşdə Azərbaycan-Böyük Britaniya arasında mükəmməl tərəfdaşlığı və regionda davamlı sülhü vurğulayan hərtərəfli müzakirələr aparılıb.
Elin Süleymanov səmimi qəbula görə, həmçinin COP29-a hazırlıq ərəfəsində olan Azərbaycana Britaniyanın dəstəyi üçün britaniyalı nazirə təşəkkür edib.
Aytən Abbaslı
AZƏRTAC-ın xüsusi müxbiri