Azərbaycan Səhiyyə Nazirliyi Rusiya peyvəndini istifadə üçün təsdiqləyib

sputnik V

Azərbaycanın Səhiyyə Nazirliyi Rusiya Federasiyasının istehsalı olan “Sputnik V” peyvəndini istifadə üçün təsdiq edib.

Nazirlikdən “QİA.az”a verilən məlumata görə, bu peyvənd artıq 50-dən çox ölkədə qeydiyyata alınıb və COVID-19 koronavirus infeksiyasına qarşı müvəffəqiyyətlə istifadə olunmaqla yüksək effektivlik göstərir.

Qeyd olunub ki, Rusiyada 6 milyondan çox insan “Sputnik V” vaksini ilə peyvənd olunub: “Yaxın zamanda bu peyvəndin ölkəyə gətirilməsi təmin olunacaq”.

QİA.az

Oxşar Xəbərlər