“Azərbaycan Sənaye Korporasiyası”nda yeni təyinat olub

İyl8,2021

Azərbaycan Sənaye Korporasiyası” ASC-nin (ASK) Hüquq departamentinə yeni direktor təyin edilib.”QİA.AZ” xəbər verir ki, bu, indiyə qədər həmin departamentin direktoru olan Toğrul Quluzadədir.O, yeni vəzifəsində bu ilin aprel ayında işdən çıxmış Nadir Bayramovu əvəz edib.Xatırladaq ki, ASK 2017-ci ildə dövlət əmlakının idarə edilməsinin səmərəliliyini artırmaq, korporativ idarəetmə prinsiplərinə əsaslanan hesabatlılıq və nəzarət sistemini formalaşdırmaq, dövlətə məxsus müəssisələr arasında əlverişli kooperasiya əlaqələrinin yaradılmasına və istehsal potensialının dəyər zəncirinin həlqələri üzrə artırılmasına nail olmaq məqsədilə yaradılıb. Onun nizamnamə kapitalı 500 milyon manatdır.

Oxşar Xəbərlər