Azərbaycan şahmatçısı: Sloveniyaya birinci yeri tutmaq üçün gəlmişdim

May6,2024

Yarışa birinci yeri tutmaq üçün gəlmişdim.

QİA.az xəbər verir ki, bu sözləri “Report”a açıqlamasında Sloveniyada keçirilən “Ljubljana Festival”da 7,5 xal toplamaqla qızıl medal qazanan Azərbaycan şahmatçısı Abdulla Qədimbəyli deyib.O, 120 şahmatçının 9 turdan ibarət mübarizəsində çətinliklə qalib gəldiyini bildirib: “Təbii ki, yarışa birinci yeri tutmaq üçün gəlmişdim. Çox çətin keçdi. Məndən yüksək reytinq malik şahmatçılar da var idi. Buna baxmayaraq, birinci yer üçün oynayırdım”.Qədimbəyli ən çətin oyunu 8-ci turda keçirdiyini deyib: “8-ci turda yarışın iki nömrəli şahmatçısı Sabino Brunello ilə qarşılaşmışdım. Qara fiqurlarla qalib gəlmək lazım idi. Çətin olmasına baxmayaraq, bunu bacardım. 8-ci turda qələbə növbəti oyuna rahat çıxmağıma şərait yaratdı. 9-cu turda mənə heç-heçə də bəs edirdi. Mən də heç-heçə etməklə birinci yeri tutdum”.Şahmatçı yarışın təşkilatçılığından razı qalıb: “Hər şey yüksək səviyyədə idi. Hər 30 dəqiqədən bir yoxlamalar aparılırdı”.O, gələcək planlar barədə bu sözləri deyib: “Gələcəklə bağlı hələlik plan yoxdur. Yəqin ki, hazırlıqlara davam edəcəm. Qarşıda “Baku Open” var. Başqa yarışların da keçirilməsi gözlənilir”.

Oxşar Xəbərlər