Azərbaycan Şanxay Əməkdaşlıq Təşkilatında (ŞƏT) dialoq üzrə tərəfdaş statusunun müşahidəçi ölkəyə dəyişdirilməsi ilə bağlı müraciət edib.
QİA.az məlumat verir ki, bunu “İzvestiya” qəzetinə İranın ŞƏT Katibliyindəki milli koordinatoru Mehrdad Kiayei deyib.
“Bir neçə ölkə, o cümlədən Kamboca, Şri-Lanka, Ermənistan, Banqladeş, Azərbaycan və digər ölkələr təşkilata üzv olmaq üçün müraciət edib. Bu ölkələr (Banqladeşdən başqa – red.) statuslarını dialoq üzrə tərəfdaşdan müşahidəçi statusuna dəyişmək istəyirlər. Prinsipcə, bu məsələyə baxmağa və müvafiq müraciət edənlər və təşkilata üzv dövlətlərlə razılaşaraq müəyyən nəticəyə gəlməyə hazırıq”, – o bildirib.