Azərbaycan təbii qaz ixracını 68 % artırıb

İyn16,2021

Bu ilin yanvar-may aylarında gömrük bəyannamələrinə əsasən, Azərbaycan 9 milyard 174 milyon 562,13 minkubmetr həcmində təbii qaz ixrac edib.

Bu barədə “QİA.az”a Dövlət Gömrük Komitəsinin statistikasına əsasən xəbər verir.

Məlumata görə, ötən beş ay ərzində Azərbaycandan ixrac edilən təbii qazın dəyəri 1 milyard 335 milyon 749,12 minABŞ dolları təşkil edib.

Bu ilin yanvar-may ayları ərzində ixrac edilən təbii qazın həcmi ötən ilin müvafiq dövründən 68 %, dəyəri isə 28,6 % çoxdur.

Bu ilin ilk beş ayı ərzində Azərbaycanın ümumi ixracında təbii qazın payı 17,98 % olub.

Oxşar Xəbərlər