Azərbaycan təmsilçisi “Avroviziya-2021” müsabiqəsinin finalında çıxış edib

Azərbaycan təmsilçisi Samirə Əfəndi Niderlandın Rotterdam şəhərində keçirilən “Avroviziya -2021” mahnı müsabiqəsinin finalında çıxış edib.

“QİA.az” xəbər verir ki, o, “Mata Hari” mahnısını ifa edib. Mahnını niderlandlı Amy van der Vel, Coş Earl və Lyuk van Birs bəstələyiblər. Azərbaycan təmsilçisi 21-ci sırada çıxış edib.

Qeyd edək ki, final mərhələsində Azərbaycanla yanaşı, Norveç, İsrail, Rusiya, Malta, Litva, Kipr, İsveç, Belçika, Ukrayna, Albaniya, Serbiya, Bolqarıstan, Moldova, Portuqaliya, İslandiya, San-Marino, İsveçrə, Yunanıstan, Finlandiya, Böyük Britaniya, İspaniya, Almaniya, Fransa, İtaliya və ev sahibi Niderland təmsilçiləri çıxış edir.

Bu, sayca 65-ci müsabiqədir. Müsabiqədə 39 ölkə iştirak edib. “Avroviziya” mahnı müsabiqəsi 2020-ci ildə koronavirus pandemiyası səbəbindən təxirə salınmışdı.

Oxşar Xəbərlər