Azərbaycan taekvondoçusu Estoniyada keçirilən turnirdə gümüş medal qazanıb

Apr27,2024

Estoniyanın paytaxtı Tallində keçirilən Prezident Kubokunda Azərbaycanın daha bir taekvondoçusu fəxri kürsüyə yüksəlib.

QİA.az xəbər verir ki, bu barədə Azərbaycan Taekvondo Federasiyasından AZƏRTAC-a verilən məlumata görə, 36 kiloqramda mübarizə aparan Ülvi Məmmədov kiçikyaşlı idmançıların yarışında gümüş medal qazanıb.

Bununla da Azərbaycan millisinin yarışdakı mükafatlarının sayı 7-yə yüksəlib.

Bunadək yeniyetmələrdən ibarət yığma 1 qızıl, 2 gümüş və 3 bürünc medala yiyələnib.

Qeyd edək ki, Prezident Kubokunda gənc taekvondoçular da mübarizə aparacaqlar.

Oxşar Xəbərlər