Azərbaycan Tokio-2020-yə daha iki lisenziya qazandı

Mar18,2021

Macarıstanın paytaxtı Budapeştdə Azərbaycanın daha iki güləşçisi Avropa Olimpiya Təsnifat Turnirinin finalına yüksəliblər.

QİA.AZ-ın məlumatına görə, 74 kq-dakı Hacımurad Hacıyev yarımfinalda rumıniyalı Maksim Vasilioğlu məğlub edib və adını həlledici raunda yazdırıb.

Daha əvvəl Hacı Əliyev (65 kq) Moldova təmsilçisi Maksim Sakultana qalib gələrək Tokio-2020 Yay Olimpiya oyunlarına lisenziya əldə edib.

Beləliklə, yığmamızın Tokio-2020-yə lisenziya sayı 17-yə çatıb. Xatırladaq ki, Tokio Olimpiadası bu il iyulun 23-dən avqustun 8-dək keçiriləcək.

Oxşar Xəbərlər