Azərbaycan triatlonçusu: Bu gün bəxtim gətirmədi

Yarış möhtəşəm, təəssüratlarım isə ziddiyyətlidir.

QİA.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri “Paris-2024” Yay Olimpiya Oyunlarında çıxışını başa vuran Azərbaycan triatlonçusu Rostislav Pevtsov deyib.

O, olimpiada kimi mötəbər turnirdə iştirak etməkdən şad olduğunu bildirib: “Burada olmaq və mübarizə aparmaq hər idmançı üçün üstünlükdür. Artıq 3-cü dəfədir olimpiadada çıxış edirəm. Bu, əla hisslərdir”.

İdmançı bugünkü nəticəsindən narazı olduğunu söyləyib: “Bu gün bəxtim gətirmədi. İkinci dövrədə təkərim deşildi və onu dəyişmək üçün təkərlərin dəyişimi məntəqəsinə çatmalı idim. Buna görə çox vaxt itirdim. Təəssüf ki, bütün qrupları əldən verdim. Sonuncu qrupda qərarlaşdım və praktiki olaraq yüksək yerlər üçün mübarizə şansımı itirdim. Görünən odur ki, bu gün mənim üçün yaxşı alınmadı. Bir az istirahət edəcəyəm. Sonra isə hazırlaşacağıq, məşq edəcəyik və öz gücümüzü sınamağa davam edəcəyik”.

Xatırladaq ki, Rostislav Pevtsov finiş xəttinə 43-cü çatıb. Ümumi məsafəni 1 saat 50 dəqiqə 36 saniyəyə qət edən idmançı turnirlə vidalaşıb.

Oxşar Xəbərlər