Azərbaycan-Türkiyə münasibətlərindən bəhs edən jurnalın təqdimatı olub

bayraq

İstanbul Universitetində fəaliyyət göstərən Azərbaycan-Türkiyə Qardaşlıq və Həmrəylik Birliyinin, 28 May Respublika günü münasibətilə hazırladığı “Dünden Bugüne Azerbaycan Türkiye İlişkileri” (“Dünəndən bu günə Azərbaycan-Türkiyə münasibətləri”) adlı jurnalın təqdimatı edilib.

“QİA.az” xəbər verir ki, jurnalda Azərbaycan və Türkiyənin qardaşlıq münasibətləri, tarixi, mədəni, siyasi və diplomatik əlaqələri və ortaq dəyərlər mövzularından bəhs edən geniş məqalələr əksini tapıb.

Qeyd edək ki, jurnal universitetdə təhsil alan azərbaycanlı tələbələrin, birlik üzvlərinin və akademik heyətin birgə səyi nəticəsində ərsəyə gəlib.

Oxşar Xəbərlər