Azərbaycan, Türkiyə və Pakistan XİN başçılarının görüşü hər il keçiriləcək

Yan13,2021

Azərbaycan, Türkiyə və Pakistan xarici işlər nazirlərinin növbəti görüşünün keçiriləcəyi ölkə məlum olub.

QİA.AZ-ın xəbərinə görə, üçtərəfli görüşlərin üçüncü iclası 2022-ci ildə Türkiyədə keçiriləcək.

Görüşün dəqiq tarixi qarşılıqlı şəkildə razılaşdırılacaq.

Məlumata görə, Pakistanın xarici işlər naziri Mahdum Şah Mahmud Qureşi, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu və Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun iştirakı ilə yanvarın 13-də İslamabadda keçirilən toplantıda üçtərəfli görüşlərin hər il əlifba sırası ilə mütəmadi olaraq çağırılmasına razılıq verilib.

Oxşar Xəbərlər