Sentyabr ayında Azərbaycanda Azərbaycan, Türkiyə və Pakistan xüsusi təyinatlı qüvvələrinin birgə təlimləri gözlənilir.
QİA.AZ-ın məlumatına görə, bunu müdafiə naziri Zakir Həsənov Real TV-ə müsahibəsində deyib.
Nazir bildirib ki, Prezidentin tapşırığı ilə üç qardaş dövlətin birgə təlimləri keçirilməlidir:
“Artıq qərar qəbul olunub. Azərbaycanda Azərbaycan, Türkiyə və Pakistan xüsusi təyinatlı qüvvələrinin sentyabr ayında təlimləri gözlənilir. Biz buna hazırlıqlar görürük, artıq ekspert qruplarının bir qismi Azərbaycandadır, təlim ərazilərini yoxlayırlar və onlar bizim hazırlığımızı yüksək qiymətləndirirlər”.