Azərbaycan və Böyük Britaniya Müdafiə nazirliklərinin hərbi təhsil ekspertləri görüşüb

Fev17,2021

Silahlı Qüvvələrin Hərbi Akademiyasında Azərbaycan və Böyük Britaniya Müdafiə nazirliklərinin hərbi təhsil üzrə ekspertləri arasında görüş keçirilib.

Müdafiə Nazirliyinin Mətbuat xidmətindən QİA.AZ-a verilən məlumata görə, tərəflər hərbi təhsil sahəsində razılaşmaların həyata keçirilməsinin əhəmiyyətini vurğulayıb, eləcə də hərbi ingilis dili kurslarının təşkilinin və ölkə xaricində keçirilən müxtəlif kurslarda iştirak edən hərbi qulluqçuların təcrübə mübadiləsinin zəruriliyini qeyd ediblər.

Görüşdə iki ölkə arasında hərbi təhsil sahəsində əməkdaşlıq perspektivləri müzakirə olunub.

Oxşar Xəbərlər