Azərbaycan və Gürcüstan arasında müdafiə sahəsində əməkdaşlıq müzakirə olunub

Fev3,2021

Gürcüstanın müdafiə nazri İrakli Qaribaşvili Azərbaycanın bu ölkədəki səfiri Faiq Quliyevlə tanışlıq xarakterli görüş keçirib.

“QİA.AZ” xəbər verir ki, bu barədə Gürcüstanın Müdafiə Nazirliyindən bildirilib.

Tərəfllər iki ölkə arasında dost və stateji tərəfdaşlıq münasibətlərini vurğulayıblar.

Görüşdə Azərbaycan və Gürcüstanın müdafiə nazirlikləri arasıda əməkdaşlığın pozitiv dinamikası müzakirə olunub. Söhbət zamanı müdafiə sahəsində əməkdaşlıq və hərbi təhsil sahələrində əldə olunan razılaşmalara da toxunulub.

Görüşün sonunda gürcü nazir azərbaycanlı həmkarının Tbilisiyə səfər edəcəyinə ümidvarlıq ifadə edib.

Oxşar Xəbərlər