Azərbaycan və Gürcüstan voleybol sahəsində əməkdaşlığı genişləndirir

Apr24,2024

Azərbaycan və Gürcüstanın Voleybol federasiyaları arasında memorandum imzalanıb.

QİA.az xəbər verir ki, bu barədə AVF-nin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, ötən gün qadın voleybolçular arasında Azərbaycan çempionatının final qarşılaşmasından əvvəl baş tutan imzalanma mərasimində federasiyanın nümayəndələri də iştirak ediblər.

Memorandumu Azərbaycan Voleybol Federasiyasının prezidenti Şahin Bağırov və Gürcüstan Voleybol Federasiyasının prezidenti Georgi Kartvelişvili imzalayıb.

Sənəddə iki ölkənin federasiyaları arasında qarşılıqlı əməkdaşlıq istiqamətində müxtəlif layihələrin həyata keçirilməsi əksini tapıb.

Bildirilib ki, imzalanan sənəd Azərbaycan və Gürcüstan arasında voleybol sahəsində əməkdaşlığın genişləndirilməsinə müsbət təsir göstərəcək.

Oxşar Xəbərlər