Azərbaycan və İran arasında ticarət dövriyyəsi artıb – Şahin Mustafayev

Noy21,2021

Azərbaycan və İran arasında bu il 9 ay ərzində ticarət dövriyyəsi ötən ilin analoji dövrü ilə müqayisədə 22% artıb.

Bunu Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayev bu gün Tehranda İranın yol və şəhərsalma naziri Rüstəm Qasemi ilə görüşdə deyib.

Ş.Mustafayevin sözlərinə görə, ticarət dövriyyəsi ötən 2 ildə koronavirus pandemiyası ölkələrin iqtisadiyyatına müəyyən mənfi təsirlər göstərməsinə baxmayaraq artıb. İran və Azərbaycan arasında nəqliyyat bir gün belə, dayanmayıb. Biz yeni nəqliyyat infrastrukturları, o cümlədən körpülər inşa etməliyik ki, iki ölkənin iqtisadi münasibətləri artsın.

Baş nazirin müavini əlavə edib ki, hazırda Azərbaycan və İran işçi qrupları iki ölkə arasında preferensial ticarət sənədinin üzərində işləyirlər:

“Azərbaycan İranla ticarət münasibətlərinin inkişafı barədə müzakirələr aparılır. Enerji, elektrik sahəsində birgə layihələr var və artıq yekunlaşmaqdadır. Avtomobil ehtiyat hissələrinin istehsalı sahəsində İranla əməkdaşlıq etmək olar. Kənd təsərrüfatı texnikaları sahəsində də İranla yaxşı əməkdaşlıqlar edə bilərik”.

Ş.Mustafayev deyib ki, Azərbaycanda 2 min İran şirkəti qeydiyyatdan keçib və uğurlu layihələri həyata keçiriblər.

Onun sözlərinə görə, İrandan Azərbaycana və Rusiyaya keçən Şimal-Cənub Dəhlizi iki ölkənin üzərində işlədiyi layihələrdəndir. Neft-qaz sahəsində də müzakirələr aparılıb. Birgə işçi qrupu müzakirələri davam etdirir və yaxın gələcəkdə əməkdaşlıqların şahidi olacağıq:

“Azərbaycan İranla elektrik sahəsində əməkdaşlıq edir. Azərbaycan İrana elektrik ixrac edir. İran və Rusiyanın elektrik şəbəkəsinin sinxronlaşdırılması sahəsində işləməkdəyik”.

Baş Nazirin müavini iki ölkə arasında birgə komissiyanın növbəti iclasının Bakıda keçiriləcəyini və bununla əlaqədar müzakirələrin aparıldığını deyib.

Oxşar Xəbərlər