Azərbaycan və İtaliya arasında İqtisadi Əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiyanın həmsədrlərinin görüşü keçirilib

Fev2,2021
Azərbaycan və İtaliya arasında İqtisadi Əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiyanın həmsədrlərinin görüşü keçirilib

Energetika naziri, Azərbaycan Respublikası və İtaliya Respublikası arasında İqtisadi
Əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiyanın həmsədri Pərviz Şahbazovla İtaliya
Respublikasının Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyinin dövlət katibi,
Hökumətlərarası Komissiyanın həmsədri Manlio Di Stefano arasında videokonfrans
formatında görüş keçirilib. Energetika Nazirliyindən “QİA.AZ”a verilən məlumata görə, tərəflər Azərbaycan-İtaliya arasında ikitərəfli əməkdaşlığın
gündəliyinə daxil olan məsələləri, o cümlədən işğaldan azad olunmuş ərazilərin bərpasında
İtaliya şirkətləri ilə əməkdaşlıq imkanlarını müzakirə ediblər.
Görüşdə italiyalı həmsədrin ötən ilin 8-9 dekabr tarixlərində Azərbaycana səfərinin
davamı olaraq, işğaldan azad edilmiş ərazilərdə həyata keçiriləcək bərpa və yenidənqurma
işlərinə italyan şirkətlərinin cəlb edilməsi üçün bu ölkənin sahəvi assosiasiyalarının və
dövlət şirkətlərinin iştirakı ilə “Web Missiya”nın təşkili, bu çərçivədə Azərbaycanın aidiyyəti
qurumları ilə müzakirələrin keçirilməsi barədə fikir mübadiləsi aparılıb.
Görüş zamanı, həmçinin iki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlığın
genişləndirilməsi imkanları, İqtisadi Əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiyanın
növbəti iclasının keçirilməsi məsələləri müzakirə edilib.

Oxşar Xəbərlər