Azərbaycan və Kosta Rika Gimnastika Federasiyaları arasında memorandum imzalanıb-FOTO

May6,2024

Azərbaycan və Kosta Rika Gimnastika Federasiyaları arasında bu idman növünün inkişafı və təbliği məqsədilə Anlaşma Memorandumu imzalanıb.

QİA.az xəbər verir ki,bu barədə Azərbaycan Gimnastika Federasiyasından (AGF) AZƏRTAC-a verilən məlumata görə, memorandum AGF-nin baş katibi Nurlana Məmmədzadə və Kosta Rika Gimnastika Federasiyasının prezidenti Vilyareal Quadamus İvet Lorena tərəfindən imzalanıb.

Bildirilib ki, bu əməkdaşlıq federasiyalar arasında təcrübə mübadiləsi baxımından əhəmiyyətlidir.

Qeyd edək ki, AGF daha əvvəl Monteneqro, Kuba və Hindistanın müvafiq federasiyaları ilə Anlaşma Memorandumu imzalayıb.

Oxşar Xəbərlər