Azərbaycan və Mərakeş arasında idman sahəsində əməkdaşlığın perspektivləri müzakirə olunub

Gənclər və idman naziri Fərid Qayıbov bu gün Mərakeşin Azərbaycandakı Fövqəladə və Səlahiyyətli Səfiri Məhəmməd Adil Embarşı qəbul edib.

QİA.az məlumat verir ki, qonağı salamlayan nazir ona ölkəmizdə gənclər siyasəti və idman sahəsində görülən işlər və qazanılan uğurlar barədə məlumat verib.

Səfir səmimi qəbula görə təşəkkür edib. Görüş zamanı iki ölkə arasında gənclər siyasəti və idman sahəsində əməkdaşlığın gələcək perspektivləri müzakirə olunub.

Görüşdə nazir müavinləri Mariana Vasileva, İndira Hacıyeva və səfirin müavini Leyla Bulejiuş da iştirak ediblər.

Oxşar Xəbərlər