Azərbaycan və Monteneqro arasında turizm əlaqələri müzakirə olunub

İyn14,2021

Bu gün Dövlət Turizm Agentliyinin (DTA) sədri Fuad Nağıyev Monteneqronun Azərbaycandakı qeyri-rezident səfiri Perişa Kastratoviçlə görüş keçirib.

QİA.AZ agentliyə istinadən xəbər verir ki, görüşdə iki ölkə arasında turizm əlaqələri, inkişaf perspektivləri, pandemiya dövründə turizm sahəsi üzrə görülən işlər və təcrübə mübadiləsi məsələləri müzakirə olunub.

Monteneqro nümayəndə heyətinin tərkibində Monteneqronun Azərbaycandakı Müvəqqəti İşlər Vəkili Zeljko Raduloviç və Monteneqronun Azərbaycandakı Fəxri Konsulu Vüqar Əliyev təmsil olunublar. Görüşdə Agentlik sədri qeyd edib ki, işğaldan azad olunmuş Qarabağ bölgəsi yeni turizm destinasiyası olaraq inkişaf etdiriləcək.

P.Kastratoviç ölkəsinin viza rejimini sadələşdirməsi prosesindən və bunun nəticəsində Azərbaycan vətəndaşlarının Monteneqroya səfəri zamanı viza almaq öhdəliyindən azad olunmasının üstünlüklərindən bəhs edib.

Görüş zamanı pandemiyadan sonrakı dövrdə turizmin bərpası istiqamətində planlaşdırılan addımlar haqqında da qarşılıqlı fikir mübadiləsi aparılıb.

Oxşar Xəbərlər