Azərbaycan və Qırğızıstanın mədəniyyət nazirləri görüşüb

Apr24,2024

Azərbaycanın mədəniyyət naziri Adil Kərimli Bakıda səfərdə olan Qırğızıstanın mədəniyyət, informasiya, idman və gənclər siyasəti naziri Altınbek Maksutovu qəbul edib.

QİA.az Qırğızıstan KİV-lərinə istinadən xəbər verir ki, A.Maksutov azərbaycanlı həmkarına Qırğızıstanın Mədəniyyət Günlərinin təşkilində və keçirilməsində göstərdiyi yardıma görə təşəkkür edib.

Nazirlər iki dövlət arasında mədəni-humanitar sahədə əlaqələrin intensivləşdirilməsini, o cümlədən müxtəlif tədbirlər çərçivəsində incəsənət xadimlərinin qarşılıqlı fəaliyyətini müzakirə ediblər.

Xatırladaq ki, A.Maksutov Qırğızıstan Prezidenti Sadır Japarovu müşayiət edən Qırğızıstan nümayəndə heyətinin tərkibində Bakıda səfərdədir.

Oxşar Xəbərlər